BaşlıcaMədəniyyət

Dağlıq Qarabağdakı erməni mədəni irsin məhv oluna biləcəyi ilə bağlı narahat olmaq üçün əsaslar var: CHW-nin araşdırması

Caucasus Heritage Watch (CHW) – “Qafqaz İrsinin Monitorinq Platforması” bir il davam edən araşdırmanın nəticələri təqdim edib. Araşdırma zamanı “Caucasus Heritage Watch” yüksək rezolyusiyaya malik peyk görüntülərindən istifadə edib və Naxicevanın erməni mədəni irsi obyektlərinin taleyini sənədləşdirib.

Təşkilat ortaya çıxarıb ki, 1997-2011-ci illər ərzində orta əsrlərə və erkən müasir dövrə aid 108 erməni monastır, kilsə və qəbiristanlıqları tamamilə dağıdılıb. Qeyd olunub ki, bu, təşkilatın tapıb qiymətləndirə bildiyi erməni mədəni irsi obyektlərinin 98%-ni təşkil edir.

Bu araşdırma mədəni irsin səssizcə və sistematik şəkildə məhv edilməsinin Azərbaycanın daxili etnik siyasətinin xüsusiyyəti olduğuna dair qəti sübutlar verir.

Araşdırmada bildirilir ki, Dağlıq Qarabağda mədəniyyət obyektlərinin dağıdılması qorxusu əsassız deyil. 2020-ci il müharibəsinin başlamasından bu yana 6 dağıntı, 7 ziyan və 17 mümkün təhlükə artıq sənədləşdirilib.

“Dağlıq Qarabağdakı erməni mədəni irsin məhv oluna biləcəyi ilə bağlı narahat olmaq üçün əsaslar var”,-deyə araşdırmada qeyd olunub.

Daha çox göstər
Back to top button