BaşlıcaSiyasət

Dövlət Departamenti: “ABŞ Azərbaycanın Ermənistan ərazisini atəşə tutması və infrastruktura ziyan vurması ilə bağlı mühüm sübutlar görüb”

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərlə gündəlik brifinq zamanı bildirib ki, ABŞ Azərbaycanın Ermənistan ərazisini atəşə tutması faktıyla bağlı  kifayət qədər sübutlar  görüb.

“Artıq dediyimiz kimi, dövlət katibi Blinkenin bəyanatında o, Azərbaycan prezidenti Əliyevi dərhal hərbi əməliyyatları dayandırmağa, Ermənistanla Azərbaycan arasında mühüm məsələlərin həllinə qüvvələrin cəlb olunmasına çağırıb.

Biz Azərbaycanın Ermənistan ərazisini atəşə tutması və Ermənistanın infrastrukturlarına ciddi ziyan vurması ilə bağlı mühüm sübutlar gördük.

 Amma bizim üçün ən vacibi odur ki, hər iki tərəf daha geniş kontekstdə hərbi əməliyyatların dayandırılmasına və gərginliyin azaldılmasına və daha geniş kontekstdə öhdəliklərinə sadiq qalsınlar” – deyə Prays bildirib.

Dövlət Departamentinin sözçüsü Ermənistanın münaqişəyə müdaxilə etmək üçün KTMT-yə müraciət etməsi ilə ABŞ-ın necə əlaqəsi var sualını cavablandırarkən bildirib:

 “Biz regionun bütün ölkələrini öz təsir imkanlarından istifadə etməyə və hərbi əməliyyatların dayandırılması və deeskalasiyasına nail olmaq üçün konstruktiv addımlar atmağa çağırdıq.

Təbii ki, münaqişənin bir tərəfinə xarici qüvvələrin cəlb olunmasının bu məqsədə necə xidmət edə biləcəyini təsəvvür etmək çətindir, amma bir daha qeyd etməliyəm ki, bizim vurğularımız zorakılığa son qoymaqdır”.

Daha çox göstər
Back to top button