BaşlıcaSiyasət

“Ermənistan hərbi yardım üçün KTMT-yə müraciət edib”: Nikol Paşinyan

“Biz Ermənistanın ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını təmin etmək üçün KTMT-dən yardım, o cümlədən hərbi yardım istədik”.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan tərəfi 2021-ci il mayın 12-də Sotk-Xoznavar hissəsində baş vermiş işğalı da nəzərdən keçirib: “Biz bunu siyasi məqsəd kimi müəyyənləşdiririk ki, işğalçı Ermənistan Respublikası ərazisini tərk etməlidir”, – Baş nazir bəyan edib.

Paşinyan KTMT sessiyasının sentyabrın 13-də çağırılmasını qənaətbəxş fakt adlandırıb.

“Ermənistanla Azərbaycan arasında sərhəd var, o sərhəd tanınıb və o sərhədin tanınması hər iki ölkə tərəfindən ratifikasiya olunub. Əgər Azərbaycan deyirsə ki, belə bir şey yoxdur, demək ki, ümumi kontekstdə onun ifadə etdiyi bir sıra mövqelər tamamilə mənasızdır və heç bir əsası yoxdur”.

Daha çox göstər
Back to top button