BaşlıcaBeynəlxalq

Xİ naziri Coli: “Kanada Azərbaycanın Ermənistanın yaşayış məntəqələrinə hücumlarından narahatdır”

Kanada Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən Azərbaycanın Ermənistandakı yaşayış məntəqələri və mülki infrastruktura hücumları ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə Kanadanın Xarici işlər naziri Melani Coli öz “Twitter” səhifəsində  məlumatlandııb.

“Kanada Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlamasından, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlardan dərin narahatdır.

Biz gərginliyi azaltmağa, atəşkəsə tam riayət etməyə və ATƏT vasitəsilə mənalı dialoqa qayıtmağa çağırırıq” – deyərək nazir Coli vurğulayıb.

Daha çox göstər
Back to top button