BaşlıcaSiyasət

Ermənistan türkmən qazı və elektrik enerjisi üçün tranzit ölkə olmağa hazırdır

Ermənistan İranın infrastrukturu vasitəsilə türkmən qazı və elektrik enerjisinin ixracı üçün tranzit ölkə olmağa hazırdır.

 Bu haqda Türkmənistan-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının Aşqabadda keçirilən iclasının yekunlarına dair “Türkmən neytralnıy Türkmənistan” qəzeti məlumat yayıb.

“Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan yanacaq-energetika sahəsində əməkdaşlığın perspektivlərindən danışaraq, ölkəsinin İranın infrastrukturları vasitəsilə türkmən qazı və elektrik enerjisinin ixracı üçün tranzit ölkə olmağa hazır olduğunu bildirib”- deyərək  qəzet yazıb.

Daha çox göstər
Back to top button