Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas gələn həftə Ermənistana səfər etməyi planlaşdırır. Missiyaya general-polkovnik Anatoli Sidorov rəhbərlik edəcək.
Bu haqda TASS-a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Mətbuat katibinin qeyd etdiyi kimi, KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında əldə olunmuş razılaşmaların icrasına başlayıb və bu razılaşmalarda təşkilatın
“Ermənistan sərhədinin bəzi hissələrində vəziyyətin qiymətləndirilməsi” üçün Ermənistana missiya göndərilməsi nəzərdə tutulur. .
Zaynetdinovun sözlərinə görə, missiyanın tərkibinə KTMT-yə üzv ölkələrin nümayəndələri, təşkilatın katibliyinin əməkdaşları və KTMT-nin birgə qərargahının hərbi qulluqçuları daxil olacaqdır.