BaşlıcaSiyasət

Paşinyan:  “Əgər Azərbaycan deyirsə ki, onun sərhədi dayandığı yerdədir, deməli, biz onun ərazi bütövlüyünü tanımırıq”

Əgər Azərbaycan     inadkar prinsipini rəhbər tutmalıdırsa, onun sərhədi dayandığı yerdədirsə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır.

Azərbaycanlılar əgə çıxarlarsa, keçmiş Sovet İttifaqının sərhədində olduğu yerdə dayanacaqlarsa, Ermənistan o zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq.

Bu haqda ER Baş naziri Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab ərzində  qeyd   edib.

“Azərbaycan deyir: ərazi bütövlüyünü qarşılıqlı tanıyaq. Deyirik ki, bununla razıyıq, tanıyırıq, amma, bir dəqiqə gözləyin, məsələn, işğal etdiyiniz ərazilər, Verin Şorja və s. ərazi bütövlüyü kimin ərazi bütövlüyündədir?

 Azərbaycan deyirsə ki, onun ərazisidir, onda biz onun ərazi bütövlüyünü tanımırıq, çünki bu, bizim ərazimizdir, mübahisəli ərazi deyil.

Əgər Azərbaycan, məsələn, onun işğal etdiyi ərazilərin Azərbaycanın ərazisi olduğunu hesab edəcəksə, onda biz Azərbaycanın ərazi bütövlüyünü tanımayacağıq.

Biz demişik ki, biz o şərtlə razıyıq, əgər qarşılıqlı olaraq tanıyırıqsa, deməli, tanıyırıq.Və bu gün də bəyan edirəm ki, biz hazırıq, amma Azərbaycan alçaldıcı prinsipi rəhbər tutmalıdırsa. ki, “mənim sərhədim durduğum yerdədir”, o zaman biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq.

 Getsələr, qanuni sərhəd olan Sovet İttifaqının sərhədində dayanacaqlarsa, biz onun ərazi bütövlüyünü tanıyacağıq. Əgər yox, deməli biz onu tanımırıq” – deyərək  Paşinyan bildirib.

O, əlavə edib ki, burada hərbi balans, kimin neçə silahı var, kimin neçə müttəfiqi var, kimin müttəfiqi yaxşıdır, kimin müttəfiqi pisdir, burada əhəmiyyət kəsb etmir. Paşinyan əmin edib ki, bu, dəyişməyəcək siyasi mövqedir.

“Dediyim mövqedən çıxış edərək, biz sülh sazişi, demarkasiya, delimitasiya imzalamağa hazırıq. Amma Azərbaycan hansısa yerə girib ərazi bütövlüyünü tanıyacağını deyirsə, o prinsipə əsaslanırsa, biz onun ərazi bütövlüyünü tanımırıq. , çünki əslində o da bizim ərazi bütövlüyümüzü tanımır” – deyə Baş nazir bildirib.

Daha sonra Paşinyan yekunlaşdırıb. “Ermənistan Sovet Sosialist Respublikasının konkret ərazisi var, əgər Azərbaycan həmin ərazinin, respublikamızın ərazi bütövlüyünü tanıyırsa, mən bu gün o əsasda razılığa gəlməyə razıyam”.

Daha çox göstər
Back to top button