BaşlıcaBeynəlxalq

ABŞ-ın BMT-dəki nümayəndəsi: “Ermənistanda mülki infrastrukturun atəşə tutulmasından çox narahatıq” (Video)

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistana təcavüzünün müzakirə edildiyi sessiyasında ABŞ nümayəndəsi Riçard Mills bəyan edib ki, Vaşinqton Ermənistanın mülki infrastrukturunun atəşə tutulmasından narahatdır.

 “Biz Ermənistan və Azərbaycan sərhədindəki hərbi əməliyyatlardan, o cümlədən Ermənistanın mülki infrastrukturunun atəşə tutulmasından çox narahatıq.

Bütün tərəflər mülki şəxslərin müdafiəsini nəzərdə tutan beynəlxalq humanitar hüquq çərçivəsində öz hüquqlarını qorumalıdırlar” – deyə ABŞ nümayəndəsi bildirib.

Ha qeyd edib ki, ABŞ hərbi əməliyyatların dayandırılmasını alqışlayır və tərəfləri təmkinli olmağa çağırır.

“Hər iki tərəfdən qüvvələrin çıxarılmasını təmin etmək lazımdır. Dərhal danışıqlara qayıtmaq lazımdır ki, bu da münaqişənin uzunmüddətli həllinə, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq.

Mən açıq şəkildə bildirmək istərdim ki, ABŞ qətiyyətlə deyir ki, münaqişənin hərbi yolla həlli yoxdur.Biz diplomatik və hərbi kanallar arasında birbaşa əlaqəni bərpa etməyə çağırırıq”-  deyərək Mills bildirib.

O, ABŞ-ın səylərinə də toxunub: “Dövlət katibi Blikken Baş nazir Paşinyan və prezident Əliyevlə telefon danışığı aparıb və hərbi əməliyyatlarla bağlı təəssüfünü bildirib.

Qafqaz məsələləri üzrə xüsusi nümayəndə oradadır və Ermənistan və Azərbaycan nümayəndələri ilə görüşlər keçirir.

Biz töhfə verməyə hazır olduğumuzu bildiririk. BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanan davamlı sülhə nail olmaq üçün həm ikitərəfli, həm də ATƏT və tərəfdaşlarla koordinasiya əsasında Ermənistan və Azərbaycan arasında dialoqa dəstək verməyəhazırıq” deyəək ABŞ-ın BMT-dəki nümayəndəsi yekunlaşdırıb.

Daha çox göstər
Back to top button