Baş katibin xüsusi nümayəndəsi: “BMT Ermənistanın xahişi ilə Ermənistana missiya göndərəcək”
BMT Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmalarını alqışlayır və atəşkəsin qorunub saxlanacağına ümid edir. Bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Miroslav Yença bildirib.
Onun sözlərinə görə, hər iki ölkə baş katibə və BMT Təhlükəsizlik Şurasına məktublar göndərərək, 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının pozulduğunu bildirib.
“BMT bu mesajlarda olan konkret elementləri yoxlaya və ya təsdiq edə bilməz, lakin biz bu təhlükəli eskalasiyadan və xüsusən də mülki əhali üçün mümkün nəticələrdən dərin narahatıq.
Biz tərəfləri gərginliyi azaltmaq üçün konkret addımlar atmağa çağırırıq. Biz hər iki ölkənin hakimiyyət orqanları ilə açıq əlaqə kanallarını saxlayırıq və lazım gələrsə və şərait imkan verərsə, humanitar ehtiyaclara cavab verməyə hazırıq” – deyərək o, bu həftə baş verən toqquşmaların insidentlərin ən böyüyü olduğu bu faktı vurğulayır.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi hələ də ciddi maneələrlə üzləşir.
“Bu eskalasiya həm də tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində demarkasiya və delimitasiya prosesini irəlilətmək üçün təcili ehtiyac olduğunu vurğulayır.
Biz tərəfləri bu mühüm mexanizmdən istifadə etməyə çağırırıq..Bu həftə baş verən hadisələr həm də Ermənistan və Azərbaycan arasındakı gərginliyin regionda sabitliyi pozmaq potensialına malik olduğunu xatırladır.
Bölgədə və ondan kənarda bütün oyunçuların konstruktiv hərəkət etməsi və tərəflərə təzyiq göstərməsi vacibdir.. Bu baxımdan, bir sıra ölkələr, xüsusilə AB və Rusiya Federasiyası regionda bu istiqamətdə səylər göstərir. Biz davamlı sülhə gedən yolda dialoqun bərpasına zəmin yarada biləcək səyləri dəstəkləyirik”.
O bildirib ki, BMT Ermənistanın tələbi ilə sərhəddəki vəziyyəti qiymətləndirmək üçün ölkəyə missiya göndərəcək və növbəti hesabatları üzv dövlətlərə təqdim edəcək.
“Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmasına tam sadiq qalmaq lazımdır və bütün səylər mövcud gərginliyin azaldılmasına yönəldilməlidir ki, tərəflər danışıqlar masası arxasına qayıda bilsinlər və regionda sülh və sabitliyə nail ola bilsinlər”.
O,tərəfləri 2020-ci ilnoyabrın 9-da üçtərəfli atəşkəs elanı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb: “Biz tərəfləri danışıqlar masasına qayıtmağa və müqavilənin imzalanması istiqamətində addımlar atmağa çağırırıq”.