BaşlıcaSiyasət

Blinken Ermənistanla Azərbaycan arasında problemlərin sülh yolu ilə həlli ilə şəxsən məşğul olmağa davam edəcək

Sentyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan sərhədində son hərbi əməliyyatlar nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Dövlət katibi ABŞ-ın Ermənistan və Azərbaycana problemlərin sülh yolu ilə həllinə kömək etmək istəyini bir daha təsdiqləyib, irəliyə doğru getməyin yeganə yolunun diplomatiya olduğunu qeyd edib və bundan sonra bu məsələ ilə şəxsən məşğul olacağını qeyd edib.

Daha çox göstər
Back to top button