BaşlıcaSiyasət

ER Silahlı Qüvvələri itirdiyi 6 mövqeyə nəzarəti bərpa edib: Andranik Koçaryan

ER Silahlı Qüvvələri sərhəddə əvvəllər itirfiyi 6 mövqeyə nəzarəti bərpa edib. Bunu sentyabrın 16-da Parlamentdə ənənəvi brifinq zamanı parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasının deputatı Andranik Koçaryan deyib.

Deputatın sözlərinə görə, ER ərazisinin istənilən hissəsi strateji əhəmiyyətə malikdir. Azərbaycan delimitasiya prosesi başlamazdan əvvəl öz mövqeyini yaxşılaşdırmağa çalışır.

“Silahlı Qüvvələrin fəaliyyəti nəticəsində nəzarətimizə qaytarılan mövqelər var. Söhbət 6 mövqedən gedir. Tam siyahını dərc etmirəm. Ola bilsin ki, o göstərici yenidən dəyişsin”, – deyə deputat bildirib.

Daha çox göstər
Back to top button