BaşlıcaSiyasət

İran prezidenti Ermənistan və Azərbaycanın tanınmış sərhədlərinin hər hansı mümkün dəyişdirilməsini qəbuledilməz hesab edib

İran İslam Respublikası Ermənistan və Azərbaycanın tanınmış sərhədlərində hər hansı dəyişikliyə dözməyəcək. “Armenpress”in məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı deyib.

“Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikası üçün çox vacibdir. Biz hər zaman vurğulamışıq ki, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə hörmətlə yanaşmaq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının tanınmış sərhədlərində istənilən dəyişikliyi rədd etmək lazımdır. Tərəflər fikir ayrılıqlarını dialoq yolu ilə və beynəlxalq hüquq əsasında sülh yolu ilə həll etməlidirlər”, – deyə prezident Rəisi bildirib.

O, bəyan edib ki, İran öz milli maraqlarını və təhlükəsizliyini müdafiə edərək, Ermənistan və Azərbaycana fikir ayrılıqlarının həllinə kömək etməyə hazır dır.

Daha çox göstər
Back to top button