BaşlıcaİdmanSiyasət

Pelosi Azərbaycanın Ermənistana qarşı ölümyağdııcı  hücumlarını qətiyyətlə məhkum edib

ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi Ermənistan parlamentinin sədri Allen Simonyanla birgə mətbuat konfransı zamanı bildirib ki, ABŞ Konqresi Azərbaycanın Ermənistana qarşı qanunsuz və ölümyağdırıcı hücumlarını qətiyyətlə məhkum edir.

Yerevanda çıxış edən Pelosi deyib ki, onun səfəri “Azərbaycanın “Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlarından sonra” xüsusi əhəmiyyət kəsb edir.

“Biz bu hücumları qətiyyətlə məhkum edirik”-deyə  Pelosi qeyd edib. “Bu, azərbaycanlıların təşəbbüsü olub və bunu etiraf etmək lazımdır”-deyə o, qeyd edib.

“ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar açıq şəkildə bildirdi ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Biz vəziyyəti yaxından izləməkdə davam edirik və Dağlıq Qarabağ münaqişəsinə aid olan bütün məsələlərin danışıqlar yolu ilə və stabil həllini dəstəkləməyə davam edirik”  – deyərək Pelosi əlavə edib.

Daha çox göstər
Back to top button