BaşlıcaSiyasət

ER Səhiyyə nazirliyi:  “Həkimlər atəş nəticəsində yaralanan mülki vətəndaşın həyatı üçün mübarizə aparır”

Sentyabrın 19-u saat 10:00-a olan məlumata görə, Azərbaycan silahlı qüvvələrinin Ermənistan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində xəsarət alan 7 mülki şəxsdən 3-nün müxtəlif tibb ocaqlarında stasionar müalicəsi davam etdirilir.

Müalicə olunanlardan birinin səhhətində vəziyyəti son dərəcə ağır qiymətləndirilir – qeyri-stabildir, həkimlər onun həyatı üçün mübarizə aparır.

Ağır xəsarət alan 2 nəfərin vəziyyəti yaxşılaşıb, onlar reanimasiyadan müvafiq şöbələrə yerləşdirilib. hazırda onların səhhətləri orta ağır qiymətləndirilir.

Xəstəxanada müalicə olunan 4 zərərçəkmişdən 1-i sağaldıqdan sonra evə buraxılıb, 3-nə ambulator tibbi yardım göstərilib.

Daha çox göstər
Back to top button