İctimaiyyət

Azərbaycanlı qadın rusları təhqir etdiyi üçün məhkəmə qarşısına çıxacaq

Rusiya Federasiyası Xantı-Mansı muxtar dairəsinin Surqut şəhərinin Azərbaycan əsilli sakini milli zəmində nifrət yaydığına görə məhkəmə qarşısına çıxacaq.

Qadını rus qonşusu ilə məişət münaqişəsi zəminində 5 ilə qədər həbs cəzası gözləyir.

Öncə Rusiya saytları xəbər vermişdi ki, bina sakinlərindən biri R. Məmmədovanın övladları ilə birgə binanın girişində özünü pis aparması və lifti zədələməsini təsvir edən video paylaşıb. Qadın paylaşmaya kəskin reaksiya verib və kişini və onunla birlikdə bütün rus xalqını təhqir etməyə başlayıb. Onun tərəfindən təhdidlər də səslənib. Qadının əri üzrxahlıq etdiyi video-müraciət yayıb. Məmmədova özü də belə edib. O, surqutlulardan rəsmən üzr istəyib və bunu əks etdirən video-yazı paylaşıb. İstintaq mərhələsində də qadı peşman olduğunu bildirib. Lakin onun peşmançılıq sözləri nə Surqut sakinlərini, nə də internet istifadəçilərini razı salmayıb.

Məmmədova rusofobiyada ittiham edilib və ona tarixi vətəninə qayıtmaq təklif olunub.

Daha çox göstər
Back to top button