BaşlıcaSiyasət

ER Silahlı Qüvvələrinin BQ rəisi KTMT-nin baş katibinə Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrindəki vəziyyəti təqdim edib

Sentyabrın 22-də KTMT-nin baş katibi Stanislav Zas Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanla görüşüb.  

Ermənistanın sərhədyanı rayonlarının bəzi hissələrindəki vəziyyətlə bağlı hərtərəfli müzakirə aparılıb. Hazırkı vəziyyətdə təşkilatın gələcək mümkün tədbirləri müzakirə olunub.

KTMT-nin baş katibi, missiya rəhbəri Stanislav Zas Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar sessiyasının qərarına əsasən Ermənistana gəlib. Missiyaya təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.

Missiyaya vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı ətraflı hesabat hazırlamaq, Ermənistan və Azərbaycan sərhədində ayrı-ayrı rayonlarda gərginliyin azaldılması üçün tövsiyələr hazırlamaq tapşırılıb.

Daha çox göstər
Back to top button