BaşlıcaSiyasət

Vahram Dumanyan UNESCO-nun baş direktoruna müraciət edərək, onu Azərbaycanın düşmənçilik hərəkətlərini məhkum etməyə çağırıb

Ermənistan Respublikasının Təhsil və mədəniyyət naziri Vahram Dumanyan Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru Odri Azuleyə Azərbaycan tərəfindən  2022-ci il  sentyabın 13-də ER süveren ərazisinə törətdiyi genişmiqyaslı hərbi təcavüzü təqdim edən rəsmi məktub göndərib..

Məktubda Azərbaycan silahlı qüvvələrinin təcavüz zamanı təkcə hərbi mövqelərin deyil, mülki infrastrukturların da hədəfə alındığı bildirilib.

Xüsusilə, Ermənistanın İnsan Hüquqları müdafiəçisi idarəsinin topladığı məlumatlara görə, Geqarkunik, Vayots Dzor və Syunik bölgələrindən azı 7600 nəfər məcburi köçkün düşüb.

Köçkünlərin böyük əksəriyyətini qadınlar, uşaqlar və qocalar, o cümlədən əlillər təşkil edir.

Məktubda həmçinin vurğulanır ki, Azərbaycanın başlatdığı hərbi təcavüz nəticəsində uşaqların və işçilərin təhlükəsizliyinin təmin edilməsi zərurətindən dövlət və məktəbəqədər uşaq müəssisələrində tədris prosesi dayandırılıb.

 Nəticədə Sünik, Qeqarkunik, Vayots Dzor  bölgələrinin 172 məktəbində təhsil alan 69 uşaq bağçasının 24873 məktəbli və 5808 məktəbəqədər uşaq təhsil və firavan gələcək hüququndan məhrum edilib.

Həmin bölgələrdə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin, kollec və universitetlərin fəaliyyəti də risk altındadır.

Ermənistan Respublikasının Təhsil naziri qeyd edib ki, tələbələrin, müəllimlərin və müəssisələrin hədəfə alınması beynəlxalq humanitar hüququn və təhsil hüququnun kobud şəkildə pozulmasıdır, bu heç bir halda qəbuledilməzdir və qəti şəkildə pislənməlidir.

Məktuba ER İnsan Hüquqları Müdafiəçisinin hazırladığı xüsusi hesabat da əlavə edilibdir.

Daha çox göstər
Back to top button