BaşlıcaSiyasət

Ararat Mirzoyan Finlandiyanın Xİ naziri ilə görüşüb

Sentyabrın 21-də BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın Xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Ararat Mirzoyan Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü nəticəsində yaranmış vəziyyəti Pekka Haavistoya təqdim edib.

 ER XİN rəhbəri həmkarının diqqətini Azərbaycan silahlı qüvvələrinin mülki əhalini və infrastrukturu hədəf almasına, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına yönəldib.

Atəşkəs rejiminin saxlanması və yeni təcavüzün istisna edilməsi kontekstində nazir Mirzoyan Azərbaycanın təcavüzünün beynəlxalq ictimaiyyət tərəfindən aydın və konkret olaraq pislənməsinin və effektiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə və Ermənistan-Azərbaycan münasibətlərinə də istinad edilib.

Görüş zamanı tərəflər Ermənistan və Finlandiya arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button