
Artsax Respublikasının xarici işlər naziri Davit Babayanın ABŞ-yə səfəri davam edir. Xarici işlər naziri ABŞ Konqresində bir qrup konqresmen, senator və qanunverici orqanın digər nümayəndələri ilə görüşüb.
Konqresdə təşkil olunan tədbirdə Davit Babayan Azərbaycan-Dağlıq Qarabağ məsələsinə toxunub. XİN bşaçısı vurğuladı ki, Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Nazir ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komitəsinin Türkiyə və Azərbaycanın təcavüzkar siyasətini pisləməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndidi.
Davit Babayan Konqresin Nümayəndələr Palatasının üzvü Cudi Çu ilə görüşüb. Görüşdə ABŞ-nin Azərbaycana hərbi yardımının dayandırılması çağırışı edilib.
2019-ci ildə Arstaxa səfər edən konqresmen qeyd etdi ki, Amerikanın Azərbaycana növbəti yardımı dayandırılmalı və təcavüz davam edərsə, sanksiyalar tətbiq edilməlidir.
Artsax Respubliaksının XİN başçısı kongresmenlər Dina Taytus, Albio Sayres, senator Angus Kin ilə görüşlər keçirib. Görüş zamanı Artsaxın müstəqilliyinin tanınması, Artsaxın təhlükəsizliyi, eləcə də Artsaxa humanitar yardım göstərilməsi məsələləri müzakirə olunub.
Nazir səfər çərçivsəində Corc Vaşinqton Universitetində olub. XİN Başçısı universitetdə “Qarabağ problemi. geosiyasi və etnosiyasi diaqnostika” mövzusunda mühazirə ilə çıxış etdi.