Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib.
Mesajda xüsusən qeyd olunub:
“Amerika Birləşmiş Ştatları adından Müstəqillik Günü münasibətilə erməni xalqına səmimi təbriklərimi göndərirəm. Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik.
Sentyabrın 21-də biz erməni xalqı ilə birlikdə Sizin demokratiyaya, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq tellərinə sadiqliyinizi qeyd edəək Sizə birlşirik.
Son döyüşlər Ermənistanın qonşuları ilə münasibətlərin normallaşdırılması da daxil olmaqla, firavan və dinc gələcəyə baxa bilməsi üçün diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır.
Son hücumların qurbanları üçün başsağlığı veririk. Biz regionda daha böyük sabitliyin bərqərar edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.
Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini dəstəkləmək üçün Sizinlə və digər tərəflərlə işləməyə sadiq qalırıq.
Bu il yenilənmiş ABŞ – Ermənistan strateji dialoqumuz ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair ümumi öhdəliyimizi bir daha təsdiqlədi və ABŞ-ın Ermənistanın demokratik trayektoriyasına dəstəyini vurğuladı.
Korrupsiyaya qarşı mübarizə, hesabatlı institutların inkişafı, qanunun aliliyinin gücləndirilməsi və insan hüquqlarına hörmətin gücləndirilməsi istiqamətində fəaliyyətinizi davam etdirdiyiniz zaman ABŞ Ermənistanın yanındadır.
Son bir ildə birgə işimiz xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə davam edib. Bütün erməni xalqına təhlükəsiz və dinc Müstəqillik Günü bayramını arzulayıram”.