BaşlıcaSiyasət

İan XİN:  “İran fikir ayrılıqlarını sülh yolu ilə həll etmək  naminə Ermənistan və Azərbaycanla məsləhətləşmələrə hazırdır”

İran İslam Respublikası münaqişə tərəflərinə fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün Ermənistan Respublikası və Azərbaycan Respublikasının rəsmiləri ilə məsləhətləşmələr aparmağa hazırdır.

İran XİN-in saytına istinadən verilən  məlumata görə, bu haqda  İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə deyib.

O, Tehranın regionda hər hansı geosiyasi dəyişikliyin və sərhədlərin yolverilməzliyi ilə bağlı dəqiq mövqeyini vurğulayıb.

Görüşdə Azərbaycanın Xarici işlər naziri ikitərəfli münasibətlərdə mövcud problemləri bir daha təsdiqləyib və qarşılıqlı məsləhətləşmələrin və əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan rəsmisi regionda geosiyasi dəyişikliklərlə bağlı iddiaları təkzib edib və qeyd edib ki, “ölkəsi Ermənistanla ərazi və sərhəd mübahisələrini regional əməkdaşlıq yolu ilə həll etməyə çalışır”.

Daha çox göstər
Back to top button