BaşlıcaBeynəlxalq

Robert Menendes Bayden administrasiyasını Azərbaycana təhlükəsizlik yardımını dayandırmağa çağırıb

ABŞ Senatının Xarici Əlaqələr üzrə  daimi komitəsinin sədri Robert Menendez Azərbaycanın Ermənistana qarşı son hücumlarına istinad edərək, Prezident Bayden administrasiyasını Amerikanın Azərbaycana təhlükəsizlik yardımını dayandırmağa və ümumilikdə bu ölkəyə ayrılan yardıma yenidən baxmağa çağırıb.

Bu barədə Amerika Hay Dat Komitəsi məlumatlandırır.

Sentyabrın 22-də dövlət katibi Blinkenə ünvanladığı kifayət qədər sərt məktubda Menendez bəyan edib ki, Birləşmiş Ştatlar avtoritar zorakılığı dəstəkləməkdə rol oynamamalıdır və o və Konqresdəki həmkarları Qətnamənin icrası ilə bağlı Prezidentin 907 saylı məhdudiyyətlərini aradan qaldırmağa çalışacaqlar.

Prezidentin 907 saylı Qətnamənin icrasından imtina etməsinin qanunvericilik imkanının aradan qaldırılması birbaşa Amerikanın Azərbaycana hərbi yardımının dayandırılmasını nəzərdə tutur.

Menendez ABŞ Hökumətinin hesabatlılıq idarsinin araşdırmalarına da istinad edib və bu araşdırmalara əsasən, Dövlət Departamenti ABŞ-ın Azərbaycana təhlükəsizlik yardımının təsiri ilə bağlı Konqresə adekvat hesabat verməyib.

Xarici Əlaqələr Komitəsinin sədri onu da vurğulayıb ki, Amerika administrasiyası qərəzsiz görünmək üçün Azərbaycanın hücumlarının həcmini azaltmamalıdır.

Menendez Baydenin “…diktatorlar öz təcavüzlərinin əvəzini ödəmədikdə, daha çox xaosa səbəb olurlar” fikrini sitat gətirərək, ABŞ-ın erməni xalqının geri çəkilməyə çalışdığı bir vaxtda onların yanında olmaq üçün mühüm fürsətə malik olduğu fikrini ifadə edib”.

Menendezin yazısını şərh edən Erməni Amerika Mərkəzi Komitəsinin üzvü Ani Çaqlasyan qeyd edib:

 “Biz ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmaqda göstərdiyi prinsipiallığa və əzmkarlığına görə senator Menendesə təşəkkür etmək istəyirik.

Bu proses Azərbaycan tərəfi bombardmanlar, Ermənistanın suveren ərazisinin işğalı  şəraitində daha aktuallaşıb.  Senator Menendezlə işləyərək, Amerika vergi ödəyicilərinin pullarının Azərbaycana axınının qarşısını almaq üçün qanunvericilik və əlimizdə olan digər vasitələrə əl atacağıq”.

Daha çox göstər
Back to top button