BaşlıcaSiyasət

ABŞ Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə geri çəkməyə çağırır: Prays

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays sentyabrın 20-də Nyu-Yorkda Blinken-Mizoyan-Bayramov görüşünə toxunub.

Prays qeyd etdi ki, Vaşinqton üçün Yerevanla Bakı arasında dialoqun qurulması vacibdir. Onun sözlərinə görə, görüş zamanı dövlət katibi atəşkəs rejiminin qorunmasının vacibliyini qeyd edib.

“Biz Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə çəkməyə, Ermənistanla Azərbaycan arasında mövcud olan bütün məsələlərin sülh danışıqları yolu ilə həllinə çalışmağa çağırırıq.

Bu münaqişənin hərbi həlli yoxdur və ola da bilməz, biz bunu həm özəl görüşlərdə, həm də açıq şəkildə bildirdik.

Biz düşünürük ki, Azərbaycan və Ermənistan arasında birbaşa əlaqənin davam etdirilməsi yalnız onların deyil, bütün regionun və onun hüdudlarından kənardakıların marağındadır”,- Prays qeyd etdi.

Ned Prays bildirdi ki, Dövlət katibi tərəfləri bu ayın sonuna qədər görüşməyə çağırıb.

Daha çox göstər
Back to top button