BaşlıcaSiyasət

ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasına sadiqdir: Səfirlik

Sentyabrın 27-də 44 günlük müharibənin 2-ci ildönümü ilə əlaqədar ABŞ-ın Ermənistandakı səfirliyi müharibə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

“Sentyabrın 27-də biz Ermənistan və Azərbaycan arasında münaqişə qurbanlarını yad edir, həlak olanların ailələrinə başsağlığı verir, həlak olanların, yaralıların ailələrinə dəstək veririk. ABŞ Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına sadiqdir”.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Səfirlik həmçinin səfir Linn Treysinin Qorisdəki kilsədə çəkilmiş fotonu paylaşıb.

Daha çox göstər
Back to top button