ArtsaxBaşlıca

Artsax İHM Azərbaycanın 44 günlük müharibə zamanı və ondan sonra törətdiyi hərbi cinayətləri Belçika parlamentarilərinə təqdim edib

Artsax Respublikasının hüquq müdafiəçisi Geqam Stepanyan, dövlət naziri Artak Beqlaryan və palamentin Sosial və səhiyyə məsələləri üzə  daimi komitəsinin sədri, “Artsax Respublikası – Belçika Krallığının Flaman Parlamenti” dostluq qrupunun rəhbəri Aram Qriqoryan sentyabrın 24-də görüşüblər.

Belçika Krallığı Senatının üzvü, Belçika Parlamentinin üzvü- Ermənistan Dostluq qrupunun rəhbəri Mark Demesmekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlər olub.

Artsaxın hüquq müdafiəçisinin Facebook səhifəsində yazdığı yazıdan bildiyimiz kimi, görüş zamanı Geqam Stepanyan 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanın ardıcıl olaraq güc və hədə-qorxudan istifadə etdiyi Azərbaycan hərbi cinayətlərinin təfərrüatlarını təqdim edib.

Eyni zamanda gücdən istifadənin  sistemli tətbiqi nəticəsində insan hüquqlarının geniş şəkildə pozulması ilə bağlı, infrastrukturların işinə maneçilik törədərək Artsaxda normal həyatı pozmağa yönəlmiş azərbaycanlı cinayət əməlləri barədə danışılıb.

Müdafiəçi vurğulayıb  ki, insan hüquqlarının müdafiəsində maraqlı olan bütün şəxslər və strukturlar indiki şəraitdə Artsax xalqının hüquqlarının müdafiəsi və öz müqəddəratını təyinetmə hüququnun tanınması gündəliyinə üstünlük verməlidir.

Artsaxın dövlət naziri Artak Beqlaryan Azərbaycanın Artsaxda apardığı etnik təmizləmə siyasətini və bunun nəticəsində yaranmış təhlükəsizlik və humanitar vəziyyəti təqdim edərək, beynəlxalq ictimaiyyətin Azərbaycanın təcavüzkar davranışını pisləyən əməli və təmkinli hərəkətlərə ehtiyac olduğunu vurğuladı.

Artsax parlamentinin Sosial və sağlamlıq məsələləri üzrə Daimi komitəsinin sədri Aram Qriqoryan Belçika parlamentariləri ilə qurulan əməkdaşlığı alqışladı və ümidvar olduğunu bildirdi ki, Belçika qanunvericiləri Artsax haqqında beynəlxalq məlumatlılığı artırmaq üçün öz imkanlarından və təsir rıçaqlarından istifadə edəcəklər və Artsaxın  müstəqilliyi prosesini dəstəkləyəcəklər.

Görüşdə eləcə də Ermənistan Respublikası parlamentinin “Ermənistan-Belçika” dostluq qrupunun üzvləri iştirak ediblər.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button