ArtsaxBaşlıca

Davit Babayan Artsaxın maraqlarının qorunmasında Amerikadakı Erməni Vəkillər Assosasiyasının töhfəsini vurğulayıb

Sentyabrın 26-da Artsax Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Davit Babayan Lyusi Varpetyanın başçılıq etdiyi Erməni Vəkillər Assosasiyasının bir qrup nümayəndəsi ilə görüşüb.

Artsax Xarici İşlər Nazirliyinin “Armenpress”ə verdiyi məlumata görə, görüş zamanı Artsax məsələsi, ümumerməni əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazir Babayan Erməni Vəkillər Assosasiyası hüquq və informasiya sahəsində fəaliyyətini, həmçinin Artsaxın maraqlarının müdafiəsinə verdiyi töhfəni vurğulayıb.

Görüşdə Artsax Respublikasının təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Lernik Hovhannisyan və Artsaxın ABŞ və Kanadadakı daimi nümayəndəsi Robert Avetisyan da iştirak ediblər.

Daha çox göstər
Back to top button