Ermənistanın iqtisadi aktivlik indeksi 2022-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artıb. Bu barədə ER Statistika Komitəsinin dərc etdiyi məlumatda bildirilir.
Cari ilin yanvar-avqust aylarında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıb.
2022-ci ilin 8 ayında tikinti işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artıb.
2022-ci ilin yanvar-avqust aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin artımı 13,6 faiz təşkil edib.
Ermənistanda bu ilin ilk 8 ayında göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artıb.
2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-avqust aylarına nisbətən 8,4 faiz, sənaye məhsullarının qiymətləri indeksi isə 5,1 faiz artıb. Yanvar-avqust aylarında elektrik enerjisi istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artıb.
Bu ilin 8 ayında xarici ticarət dövriyyəsinin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,2 faiz artım qeydə alınıb. Bundan başqa, 2022-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 52,9 faiz, idxal isə 58,2 faiz artıb.