BaşlıcaSiyasət

Tatoyan:   “Azərbaycanlılar öldürülən erməni  hərbiçinin videosunu onun həyat yoldaşına WhatsApp vasitəsilə göndərərək “Story”də yayımlayıblar”

2022-ci il  sentyabın  13-15-də  Azərbaycanın azğınlaşmış  müharibəsi əzində  Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının həlak olan hərbçilərinin ailələrinə fiziki iztirablarla yanaşı, mənəvi əzab da verib. Bu barədə “Tatoyan” fondunun yaydığı bəyanatda bildirilib.

“Hüquq və Ədalət mərkəzi “Tatoyan” Fondu Azərbaycan əsgərlərinin bir erməni hərbiçisini öldürdüyünə dair sübutlar əldə edib, onun öldürüldüyü halda onun videosunu və fotosunu çəkib, sonra “WhatsApp” vasitəsilə həyat yoldaşına göndərib, sonra isə videonu və şəkli “WhatsApp”da yayıblar.

Göndərdikləri videoda qrup halında həlak olmuş digər ER hərbçiləri də vardır.

Sözügedən obyektiv sübutlar Fond tərəfindən hüquqi təsdiq olunacaqdır.

Bu cinayət əməli təsdiq edir ki, Azərbaycan silahlı qüvvələrinin də məqsədi həlak olanların ailələrinə və Ermənistan cəmiyyətinə ruhi iztirablar vermək, emosiyalarıyla oynamaqdır.

Eyni hallar 2016-cı ildə Aprel, 2020 44 günlük müharibələr zamanı da  qeydə alınıb. 

Yəni əlyazaması  dəyişmir, bu cinayətlər xroniki xarakter alıb, çünki vəhşiliklər Azərbaycan hakimiyyəti tərəfindən həvəsləndirilir və onları törədənlər cəzasız qalır.

Sübutlar lazımi qaydada qeydə alınacaq və beynəlxalq tərəfdaşlara göndəriləcək. Bu cinayətlərdə günahkar olanlar cəzalandırılmalıdır” – deyə məlumatda vurğulanıbdır.

Daha çox göstər
Back to top button