ArtsaxBaşlıcaSiyasət

Artsaxın mülki əhalisi üçün 44 günlük müharibənin nəticələri – VİDEO

3-cü Artsax müharibəsi zamanı Azərbaycan yenə mülki infrastrukturları və dinc sakinləri hədəfə alıb. Müharibə beynəlxalq humanitar hüququn görünməmiş pozuntuları ilə müşayiət olundu. 44 gün ərzində Artsax müharibə aparmaq üçün beynəlxalq səviyyədə qadağan olunmuş bütün üsulların şahidi oldu.

Müharibə ərzində demək olar ki, bütün dinc yaşayış məntəqələri, o cümlədən 71 məktəb, 18 uşaq bağçası, 5 xəstəxana və təcili tibbi yardım maşınları hədəfə alınıb. Mülki əhali arasında 81 itki olub, onların bəziləri öz evlərində raket atəşi və ya artilleriya zərbələri nəticəsində həlak olub.

39 nəfər Azərbaycan silahlı qüvvələrinin Artsaxın yaşayış məntəqələrinə daxil olduğu zaman fiziki zorakılıq, bıçaqlanma, baş kəsmə, odlu silahdan açılan atəş nəticəsində həlak olub. 18 mülki şəxsin taleyi bu günə qədər naməlum olaraq qalır. Bu baxımdan 2 ildir Azərbaycanın törətdiyi vəhşiliklərin şahidi olan Artsax Ombudsmanı Qeğam Stepanyanın proqnozları müsbət deyil. Aydın məsələdir ki, Azərbaycanın nəzarətinə keçən erməni öldürülür.

9 noyabrda imzalanmış üçtərəfli bəyanatı müharibənin sonu olmalıydı, lakin atəşkəs şəraitində belə Azərbaycan cinayətkar davranışını davam etdirir.

Daha çox göstər
Back to top button