BaşlıcaSiyasət

ABŞ-ın regionda iştirakı əlavə təhlükəsizlik təminatları da verir: Armen Qriqoryan

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtondadı. O, “Amerikanın səsi” ilə müsahibəsində Haciyevlə görüşünə və digər məsələlərə toxunub. Armen Qriqoryan Hikmət Hacıyevlə Vaşinqtonda baş tutan görüşü effektiv qiymətləndirib.

“Biz Dağlıq Qarabağ probleminin həlli gündəmini, eləcə də regionda sülhün bərqərar olması mövzularını müzakirə etdik. Onlar yolların açılması, delimitasiya, sərhəd təhlükəsizliyi, eləcə də regiona sabitlik və sülh gətirən digər məsələlərlə bağlıdır”, – deyə Qriqoryan bildirib.

Armen Qriqoryan qeyd etdi ki, bu gün Ermənistan və Azərbaycan bir-biri ilə əlaqəli dörd gündəliyi – humanitar, komunikasiyaların açılması, delimitasiya və demarkasiya, Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri müzakirə ediblər.

Təhlükəsizlik Şurasının katibi bildirdi ki, görüşlərin formatı ilə yanaşı, Ermənistan-Azərbaycan danışıqları digər formatlarda da, xarici işlər nazirləri, baş nazirin müavinləri və milli təhlükəsizlik xidmətinin rəhbərləri səviyyəsində olur.

Armen Qriqoryan qeyd etdi ki, ABŞ-ın regionda iştirakı müsbət təsir göstərir və özü ilə əlavə təhlükəsizlik təminatları da gətirir.

Daha çox göstər
Back to top button