BaşlıcaBeynəlxalq

ANCA:  “Azərbaycandan özünü müdafiə etmək üçün Ermənistana ABŞ Amerika silahlarının satılması məsələsini nəzərdən keçirir”

Amerika siyasətçiləri Konqresin təzyiqi altında Ermənistanın müdafiəsi üçün Amerika silahlarını satmaq imkanını nəzərdən keçirirlər.

 Bu haqda Amerika Hay Dat Komitəsinin (ANCA) “Twitter” mikrobloqunda dərc edilmiş bəyanatda deyilir.

“1991-ci ildə Ermənistanın yenidən doğulmasından sonra ilk dəfə olaraq amerikalı siyasətçilər Konqresin təzyiqi altında Ermənistana qarşı  Azərbaycanın (Türkiyənin dəstəyi ilə)   davam edən təcavüz və etnik təmizləmədən qorumaq üçün Amerika silahlarının satılması məsələsini nəzərdən keçirirlər”-  deyə ANCA-nın bəyanatında bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri ərəfəsində Amerika Hay Komitəsi onu Azərbaycana hərbi yardımı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırmışdı.

Daha çox göstər
Back to top button