Mədəniyyət

Serj Tankyan Mark Martelə: “Xristian erməniləri qətlə yetirən neft-dövlət diktaturasının “ağartma” cəhdlərində iştirak etməyin”

Musiqiçi, “System of a Down” rok qrupunun solisti Serj Tankyan İnstaqram səhifəsinin Hekayələr bölməsində Mark Marteldən Bakıdakı konsertini ləğv etməyi tələb edib.

Tankyan müğənninin konserti ilə bağlı məlumatı dərc edərək yazıb:

 “Xahiş edirəm, Azərbaycandakı şousunuzu ləğv edin və xristian erməniləri öldürən neft-dövlət diktaturasını “ağartma”” cəhdlərində iştirak etməyin”.

Qeyd edək ki, Mark Martel Monrealda anadan olub. 2022-ci ilin payızında məşhur rok qrupuna həsr olunmuş qastrol səfəri edəcək xristian rok müğənnisi, Queen mahnılarının tərcüməçisidir.

Xatırladaq ki, bu ay Sünikdə gedən müharibə əməliyyatları fonunda ermənilərə və Ermənistana dəstək ifadə edən bir neçə müğənni Bakıdakı konsertlərini ləğv etmişdi.

Daha çox göstər
Back to top button