Başlıcaİctimaiyyət

Azərbaycan polisi müxalifətin aksiyası ərəfəsində AXCP fəallarını saxlayıb

Xalq Cəbhəsi Partiyasının (AXCP) bugünki etiraz aksiyası ərəfəsində Azərbaycan polisi səhər saatlarından etibarən fəalları saxlamağa başlayıb.

“Turan” agentliyinə əsasən, AXCP-nin sədr müavini Seymur Həzi, Partiyanın Rəyasət Heyətinin və digər rəhbər orqanlarının üzvləri Rövlən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev saxlanılıblar.

Bu gün səhər Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da saxlanılmışdı.  

DİN Yaqublunun saxlanılmasını onun “razılaşdırılmamış aksiya” keçirmək çağırışları ilə bağlı araşdırma aparılması ilə izah edib.

Bu gün reportyor Anar Abdulla da saxlanılıb, amma sonradan sərbəst buraxılıb.

Xatırladaq ki, aksiya siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq Parlamentin binası qarşısında saat 16:00-a təyin edilib.

Daha çox göstər
Back to top button