İctimaiyyət

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu cümə günü səhər saatlarında saxlanılıb, bu barədə onun qızı Nigar Həzi Turana məlumat verib.

Onun sözlərinə görə, Yaqublu evdən çıxdıqdan dərhal sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

“Evimizin ətrafında polis postları qurulub. Atam evdən çıxan kimi onu saxladılar və naməlum istiqamətdə apardılar”, deyə qızı bildirib.

O, fəalın saxlanılmasını Xalq Cəbhəsi Partiyasının bu gün Milli Məclisin binası qarşısında keçirəcəyi etiraz aksiyası ilə əlaqələndirib.

Daha çox göstər
Back to top button