BaşlıcaSiyasət

Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşb

Oktyabrın 2-də Cenevrədə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb.

XİN başçısı Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı hərbi təcavüzünün təfərrüatlarını təqdim edib, onun nəticələrinin aradan qaldırılması və yeni təcavüzlərin qarşısının alınması, o cümlədən beynəlxalq mexanizmlərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlar tərəfindən aydın addımların atılmasının vacibliyini qeyd edib.

Azərbaycan silahlı qüvvələri tərəfindən xüsusi vəhşiliklə törədilmiş hərbi cinayətlərə toxunan nazir qeyd etdi ki, günahkarların məsuliyyətə cəlb olunması üçün erməni tərəfi bütün səylərini əsirgəməyəcək.

Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələləri müzakirə olunub. Tərəflər Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button