Avropa İttifaqı üçün daha vacib olan nədir: Azərbaycan qazı, yoxsa erməni qanı? Oktyabrın 4-də Avropa Parlamentində Azərbaycanın Ermənistana qarşı törətdiyi son hücumla bağlı keçirilən müzakirədə Avropa Şurasının fransalı üzvü Jordan Bardela Avropa Komissiyasının vitse-prezidenti, Xarici Əlaqələr üzrə Ali Komissar Jozep Borelə müraciət edib.
“Mənim sualım sadə və çox birbaşadır. Sizin üçün daha önəmli olan nədir: Azərbaycan qazı, yoxsa erməni qanı? Düşünürəm ki, mən artıq cavabı bilirəm, çünki Avropa Komissiyasının prezidenti xanım fon der Leyen öz torpaqlarında hücuma məruz qalan erməniləri qorumaq üçün heç vaxt rəsmi bəyanat vermədən Azərbaycandan qaz nəqlinin ikiqat artırılması haqqında saziş imzalayıb”- deyə deputat qeyd edib.
Jordan Bardela qeyd edib ki, son günlər Azərbaycan hərbçilərinin erməni hərbçilərini necə vəhşicəsinə öldürdüyünü göstərən təsdiqlənmiş videolar var. “Amerika strukturları olmadan Avropa dünya münasibətlərində mövqe ifadə edə bilməyib? Bəlkə də bu, NATO üzvü olmaqla Azərbaycanın ambisiyalarını birbaşa dəstəkləyən Türkiyəni ifşa etmək qorxusundandır”, – deyə fransalı deputat bildirib.
O, Avropanın bir mənbədən enerji asılılığının azaldılmasına yönəlmiş hərəkətləri günahlandırmadığını vurğulayıb. “Biz sizi gözlənilməzlikdə və ideoloji korluqda, eləcə də bütün bunları tələsik etməkdə və Ermənistan xalqı ilə Avropa dostluğunu qurban verməkdə ittiham edirik. Sivilizasiyamız yanır, Avropa isə başqa tərəfə baxır”, – Jordan Bardela bildirib.
Borel fransız deputatın bu müşahidələrinə cavab verməkdən imtina edib.