BaşlıcaSiyasət

RF səfiri: “Ermənistanın təhlükəsizliyinin təmin edilməsi Rusiya Federasiyasının önəmliklərindən biridir”

Baş prokuror Anna Vardapetyan bu gün Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib.

ER Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər verir ki, səfir Anna Vardapetyanı məsul vəzifənin icrasına başlaması münasibətilə təbrik edib.

 Ermənistan və Rusiya Baş Prokurorluqları arasında əməkdaşlığın möhkəmlənəcəyinə və davamlı olacağına əminliyini bildirib.

Anna Vardapetyan səfiri salamlayaraq, rusiyalı həmkarı, baş prokuror İqor Krasnova ən xoş arzularını çatdırmağı xahiş edib, iki qurum arasında qurulmuş tərəfdaşlıq və etimad münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Baş prokuror Vardapetyan əməkdaşlıqla bağlı məsələlərə toxunmazdan əvvəl sentyabrın 13-də Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə törətdiyi genişmiqyaslı təcavüzün nəticələrini təqdim edib və Azərbaycan silahlı qüvvələrinin Ermənistanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasının zəruriliyini vurğulayıb.

Baş prokuror Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlərdən, erməni hərbi əsirlərin qətlə yetirilməsindən, erməni hərbçilərə, o cümlədən qadınlara qarşı işgəncələrə məruz qalma hallarından da danışmış, cinayəti törədən şəxslərin və təşkilatçıların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışdır..

Səfir Kopirkin Rusiyanın qaldırılan məsələlərin həlli üçün hər cür səy göstərdiyini qeyd edərək, Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin Rusiya Federasiyasının önəmliklərindən biri olduğunu bildirib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran, əsasən, qarşılıqlı hüquqi yardımla bağlı digər məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button