ER Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan qəbul edilmiş sülh gündəliyinə əməl etməyə davam edəcək. Aldığımız məlumata görə, bu haqda Paşinyan parlamentdə hökumətin sual-cavab iclasında qeyd edib.
“Sülh gündəliyini qəbul etdiyimizi təsdiq edirəm. Və təsdiq edirəm ki, son müsahibəmdə elan edilmiş qətnaməyə əsasən sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyət daşıyıram.
Bu gündəliyi həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm. Mən o yolla gedirəm, mən həmin yolla gedəcəyəm. Danışıqların və məzmunun son raundları nəticəsində mən getmək üçün bir yol görürəm. Bu, ən vacibidir” – deyərək Paşinyan vurğulayıb.