BaşlıcaBeynəlxalq

Avropa Parlamentinin deputatları Ermənistanı dəstəklədiklərini bildiriblər: “Biz Ermənistanın yanındayıq”

Avropa Parlamentinin bir qrup üzvü Azərbaycanın işğalını günahlandıraraq Ermənistanla həmrəy olduqlarını bildiriblər.

“İki ölkə arasında Artsaxın yekun statusu və demarkasiya prosesi ilə bağlı danışıqlar aparmasına baxmayaraq, sentyabrın 13-də Azərbaycan ordusu suveren Ermənistan ərazisini işğal edib və hərbi cinayətlər törədib” –  deyə ispaniyalı deputat Jordi Solen öz Twitter səhifəsində yazıb.

Avropa Parlamentinin deputatları əllərində “Biz Ermənistanın yanındayıq” yazısı olan plakatlar tutaraq fotolarını çəkiblər.

Çərşənbə axşamı Avropa Parlamentində Ermənistanla Azərbaycan arasında gərginlik məsələsi müzakirə olunub.

Bu haqda  Xarici işlər üzrə Ali Nümayəndə Xosep Borel Avropa Parlamenti üzvlərinin suallarını cavablandırarkən Ermənistan torpaqlarının işğalının qəbuledilməz olduğunu bəyan edib.

 O, Azərbaycan qoşunlarını Ermənistanın suveren ərazisindən çıxmağa çağırıb.

Daha çox göstər
Back to top button