ER parlamentinin spikeri Alen Simonyan oktyabrın 6-da İsveçrə Konfederasiyasının fövqəladə və səlahiyyətli səfiri Lukas Rozenkrantsı qəbul edib.
Görüşdə iki ölkənin parlamentlərarası əlaqələrinin inkişafına dair gündəmlər, eləcə də İsveçrə parlamentarilərinin qarşıdakı səfərinin təfərrüatları müzakirə edilib. Azərbaycan tərəfinin Ermənistanın suveren ərazisinə təcavüzü və onun nəticələrinə də toxunulub.
Azərbaycan silahlı qüvvələrinin ER ərazisindən çıxarılması ilə bağlı beynəlxalq tərəfdaşların dəstəyinin zəruriliyi vurğulanıb.