BaşlıcaSiyasət

Alen Simonyan Valentina Matvienkoya:  “Bizim mövqeyimiz birmənalıdır: Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisini tərk etməlidi”

Oktyabrın 10-da ER parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyətini Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko qəbul edib.

ER parlamentindən  verilən məlumata görə, tərəfdaşlar bəyan ediblər ki, Ermənistan və Rusiya arasında çoxtərəfli əlaqələr tarixi dostluq və qarşılıqlı anlaşma ənənələri xətti üzrə davamlı şəkildə inkişaf edir.

Qeyd olunur ki, həmsöhbətlər ikitərəfli münasibətlərin davamlı inkişafının təminatının fəal dialoq olduğunu  və bu dialoq çərçivəsində parlamentlərin qarşılıqlı fəaliyyətinin mühüm rolu vurğulanıb.

Birgə iclasların keçirilməsi təcrübəsinin formalaşdığı parlamentlərimizin profil komissiyalarının birgə fəaliyyəti xüsusi vurğulanıb.

Gələn ay Yerevanda parlaentin Regional və Avrasiya inteqrasiyası daimi komissiyası ilə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birgə iclasının keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, ER parlamentinin sədri Valentina Matvienkoya Azərbaycanın Ermənistan Respublikasına silahlı təcavüzünün təfərrüatlarını təqdim edərək, bizim mövqeyimizin birmənalı olduğunu qeyd edib.

Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisini tərk etməlidir. Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin zərurəti geniş müzakirə olunub, görüş zamanı Dağlıq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi nəzərə alınacaq və təmin olunacaq.

“Ermənistan Respublikası regionumuzda möhkəm sülhün bərqərar olması üçün hər cür səy göstərir. Əminəm ki, bu, həm də Rusiya Federasiyasının strateji maraqlarına tam uyğundur” – deyə  ER parlamentinin spikeri vurğulayıb.

Görüşün sonunda Alen Simonyan Valentina Matviyenkonu Yerevana dəvət edib.

“Ermənistan bizim üçün təkcə müttəfiq deyil, bizi həm də səmii qardaşlıq münasibətləri birləşdirir” – deyərək Valentina Matvienko dəvəti məmnuniyyətlə qəbul edib.

Daha çox göstər
Back to top button