ArtsaxBaşlıcaSiyasət

Artsaxın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi ola bilməz: “Azad Vətən” fraksiyasının sədri

Əgər Ermənistan Respublikası ilə Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsi layihəsində sonuncunun təqdim etdiyi 5 bənddə Dağlıq Qarabağ münaqişəsi aydın qeyd olunmursa, demək olar ki, bu iki prosesin bir-birindən ayrılır.

Bunu Artsax Respublikasının Parlamentinin “Azad Vətən” fraksiyasının rəhbəri Artur Harutyunyan bildirib.
“Praqada keçirilən dördtərəfli görüşün nəticəsi olaraq qəbul edilən həmin bəyanatın mesajı ondan ibarət idi ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. Azərbaycan sülh müqaviləsi layihəsi ilə bağlı 5 bəndlik təkliflər irəli sürəndə ER hakimiyyət orqanları öz mövqelərini təqdim etdilər ki, ərazi bütövlüyünə heç bir iddiası olmayıb və yoxdur.

Burada məsələ beynəlxalq normalarla təsbit olunmuş xalqların öz müqəddəratını təyinetmə hüququna uyğun olaraq Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsindən gedir”,- deyə Harutyunyan qeyd etdi.

O qeyd etdi ki, Artsax Respublikasının Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi ola bilməz.

“Biz də Azərbaycan kimi SSRİ-nin müvafiq qanunvericiliyinin və bütün beynəlxalq normaların yurisdiksiyasına uyğun olaraq öz müstəqilliyimizi elan etdik. Biz dəfələrlə qeyd etdik ki, 1991-ci ilin aprelində SSRİ-də qəbul olunan qanuna əsasən, dövlətlər, o cümlədən ayrı-ayrı qurumlar çıxıb ayrıca dövlət yarada bilər, biz müstəqillik bəyannaməsi qəbul etdik, sonra da eyni səlahiyyətlə referendum keçirdik, Azərbaycan da aynı şəkildə SSRİ-ndən çıxıb”,- deyə Harutyunyan vurğualdı.

Daha çox göstər
Back to top button