Avropa İttifaqının səfirləri etimadı möhkəmləndirmək və delimitasiyanı asanlaşdırmaq üçün Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Bu barədə məlumatı “Azatutyun” radiostansiyası bildirdi.
Qeyd olunub ki, bu barədə qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı iclasında qəbul edilib.
İndi onun həyata keçirilməsinin təfərrüatları müzakirə olunur. Aydındır ki, missiya Ermənsitana gələcək.