BaşlıcaBeynəlxalq

Azərbaycan qüvvələri Ermənistan ərazisini tərk etməlidir. AŞPA deputatı Azərbaycanın hərbi cinayətlərindən şokdadır

Avropa Şurası Parlament Assambleyasında isveçli nümayəndə Boriana Aberq Azərbaycanı silahlı qüvvələrini Ermənistanın suveren ərazisindən çıxarmağa çağırıb.

Alınan məlumata görə, isveçli deputat Boriana Aberq AŞ PA-nın payız sessiyasının plenar iclasında Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların, eləcə də mülki infrastrukturların hədəfə alınmasının müzakirəsi çərçivəsində Azərbaycanın hərbi cinayətləri barədə danışıb.

“Bir neçə gün əvvəl mən erməni hərbi qadın əsirinin dəhşətli ölümə məhkum edilmə zcəzasını əks etdirən videogörüntü aldım.

O vəhşi, qəddar  səhnələr, qeyri-insani qəddarlıq hələ də məni təqib edir. Bu, belə dəhşətli cinayətin baş verdiyi yeganə video deyil”-  deyə Aberq qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistanın ərazi bütövlüyünə qarşı irimiqyaslı hərbi təcavüzdən sonra sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən çoxlu videolar dərc olunub.

“Bu videolarda müharibə cinayətləri, erməni hərbi əsirlərinini qddarlıqla  öldürülməsinin dəhşətli səhnələri, erməni hərbçilərin, o cümlədən qadınlara işgəncə verilməsi, meyitlərin təhqir olunması təsvir olunur”- deyərək AŞ PA deputatı bildirib.

Aberqin sözlərinə görə, beynəlxalq ictimaiyyətin reaksiyası birmənalı olub. “Bizim mövqeyimiz aydındır: hərbi cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir” – deyə deputat əlavə edib.

AŞPA deputatının sözlərinə görə, Cənubi Qafqazda vəziyyət çox gərgin və həyəcanlı olmaqda davam edir. “Bizdə elə bir vəziyyət yaranıb ki, bu təşkilata üzv olan bir dövlət digər üzv dövlətə hücum edir.

Bizim tərəfimizdən hər hansı məlumatsızlıq yeni zorakılıqlara, yeni vəhşiliklərə yol verəcək.

Sentyabrın 13-də biz Ermənistana qarşı təcavüzün şahidi olduq ki, bu da suveren ərazilərin işğalı ilə nəticələnib. Ermənistanın dəhşətli iztirabları, hər iki tərəfdən insan tələfatı və Ermənistanda mülki infrastrukturun geniş miqyaslı dağıdılması bunun əyani  sübutudur” – deyə o bildirib.

Daha sonra deputat Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər üzrə ali komissarı Xosep Borrelin sözlərini xatırladıb. Fakt ondan ibarətdir ki, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini bombalayıb, işğal edib.Belə ki,  Azərbaycan qüvvələri çıxarılmalıdır.

“Biz Azərbaycanı öz silahlı qüvvələrini Ermənistanın suveren ərazisindən çıxarmağa və bu eskalasiyaya qədər tutduqları mövqelərə qayıtmağa çağırırıq.

Azərbaycanı onsuz da dəhşətli vəziyyəti daha da gərginləşdirə biləcək istənilən hərəkəti dayandırmağa çağırırıq” – deyərək deputat qeyd edib.

Daha çox göstər
Back to top button