BaşlıcaSiyasət

Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinə atəş açılıb

2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Diplomatik nümayəndəliyimiz hadisə ilə bağlı dərhal ABŞ-ın müvafiq strukturlarını məlumatlandırıb və kamera görüntülərini təqdim edib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili oktyabrın 12-də XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb”- deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Daha çox göstər
Back to top button