BaşlıcaSiyasət

Söz verirəm ki, Azərbaycan-Ermənistan normallaşma prosesi ABŞ üçün prioritet olacaq: Ned Prays

Ötən ay Nyu-Yorkda ABŞ Dövlət katibinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçirilib. Bu, son toqquşmalardan sonra nazirlərin şəxsən bir araya gəlməsi idi.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair suala cavabında deyib.

O diqqətə çatdırıb ki, Dövlət katibi Blinken eyni zamanda, Ermənistan və Azərbaycan liderləri ilə təmasdadır.

Prays vurğulayıb ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də hər iki ölkədəki maraqlı tərəflərlə gündəlik əlaqə saxlayır.

“Ona görə də biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticə vəd edə bilmərəm, amma söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq”.

Daha çox göstər
Back to top button