BaşlıcaBeynəlxalq

Tom de Vaal:   “Amerikalılar açıq şəkildə bildirirlər ki, Azərbaycan tərəfindən hərbi əməliyyat olarsa, onlar çox qəzəblənəcəklər”

ABŞ Azərbaycanın Ermənistana qarşı yeni hücumlarının qarşısını almaqda müsbət rol oynayır. “Azatutyut” yazır ki, bu haqda  “Karnegi” Fondunun aparıcı analitiki, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal bildiib.

“Müsbət bir qeyd olaraq, Vaşinqtonun iki yüksək səviyyəli xarici siyasət rəsmisi Entoni Blinken və Ceyk Sallivanın şəxsi iştirakını gördük.

 Bir neçə ay əvvəl biz Villiam Burnsun olduqca müəmmalı səfərini də gördük. Bəlkə də bu, birbaşa münaqişə ilə bağlı deyildi.   Lakin o, şübhəsiz ki, məsələni yaxşı başa düşən biridir. Onu da qeyd etməliyəm ki, o, mənim keçmiş müdirim, “Karnegi” Fondunun keçmiş  rəhbəridir ” – deyə de Vaal ”Azadutyun” radio stansiyasında “Bazar gününün analitiki Hrayr Tamrazyan ilə” veriliş ərzində qeyd edib.

“ Belə ki, amerikalılar bu məsələni bilirlər, diqqətlərini  bu məsələyə yönəldiblər” – deyərək analitik davam edərək qeyd edib.

“Onların rıçaqları o qədər də güclü deyil, amma məncə, amerikalılar Azərbaycanın hərbi əməliyyatı olacağı təqdirdə çox qəzəblənəcəklərini açıq şəkildə bildirirlər”.

De Vaal bunun ciddi hərbi əməliyyat olub-olmayacağından əmin deyil: “Əliyev hərbi əməliyyatlarını kiçik miqyasda məhdudlaşdırıb”

“Baharda Qarabağda gördük, avqustda Laçın rayonunda gördük, 2020-ci ildən sonra isə ən ciddi döyüş əməliyyatlarını sentyabrda gördük.

Ona görə də döyüşlər həmişə iki-üç gün davam edir , sonra isə fasilə olurdu. Mən düşünürəm ki, bu, sülh prosesini zəiflətdiyinə, nizamlanma şansını sarsıtdığına və təbii ki, əsasən insanların ölməsinə görə pisdir.

 Beynəlxalq reaksiyanın güclü olacağını düşünürəm”.

“Söz , daha çox Azərbaycan tərəfinin bu güc və diplomatiyanın birləşməsindən, prezident Əliyevin nəzərdə tutduğu nəticələrə nail olmaq üçün istifadə etdiyindən gedir” –  deyə de Vaal qeyd edib.

Daha çox göstər
Back to top button