BaşlıcaSiyasət

Azərbaycan həm sülhdən danışır, həm də  ermənilərə nifrətçiliyi təbliğ edir

Rəsmi və beynəlxalq məhkəmələrdə Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı danışıqlar davam edərkən, Azərbaycan media platformasında və müxtəlif çevrələrdə gündəlik olaraq ermənilərə nifrət təbliğatını və siyasətini davam etdirir.

Bu günlərdə məktəblilərin müəllimin azərbaycanlıları sevmək, ermənilərə nifrət etmək çağırışlarını təkrarladığı video yayılıb.

Ardınca Türkiyə və Azərbaycan əsgərlərinin Ermənistan ərazilərini işğal etdiyi və erməni əsirləri öldürdüyü yeni kompüter oyunu nümayiş etdirilib.

 Azərbaycan ekspertləri xəbərdarlıq edirlər ki, Azərbaycan dövlət səviyyəsində anti-erməni siyasətinə yenidən baxmayana qədər sülhdən danışmaq mənasız və əbəsdir.

Türkiyəli proqramçılar yeni anti-erməni oyunu yaradıblar. Oyunun hadisələri Ermənistan Respublikası ərazisində cərəyan edir.

Xüsusi təyinatlıların Ermənistan ərazilərini işğal etməyə necə gəlişi, erməni hərbçiləri və əsirləri necə qətlə yetirdiyi təqdim olunur.

Oyunun təsvirində Türkiyənin Ermənistanla müharibə vəziyyətində olması, azərbaycanlıların ermənilərdən atalarının qisasını almaları təsvi edilir.

Oyun onlayn oyunların Steam platformasında quraşdırılıb. Media ekspertləri oyunun kifayət qədər ucuz olduğunu qeyd edir ki, bu da müəlliflərin məqsədinin pul qazanmaq olmadığını deməyə əsas verir.

Oyun sadəcə olaraq antierməni siyasətinin, erməni nifrətinin növbəti təzahürüdür. Azərbaycan məsələləri üzrə ekspert Armine Adibekyan qeyd edir ki, erməni nifrətinin Azərbaycan və Türkiyənin ictimai həyatının bütün sferalarında yer tapıb.

“İlk növbədə qeyd etmək lazımdır ki, azərbaycanlıların etnik özünüdərkinin əsasında erməni nifrəti dayanır. Bu düşmənçilik onları bir cəmiyyət, bir etnik qrup kimi möhkəmləndirib və onlar bu israfçılığa yol verə bilmirlər və erməni nifrətindən əl çəkin, şiələr, sunnilər, qafqazdilli xalqlar, irandilli millətlər, türkdilli millətlər var və onlar bütün bu etnik qrupları həmin erməni nifrəti altında Azərbaycan ideyası ətrafında birləşdirməyə can atır”.

Adibekyan xatırladır ki, 90-cı illərin Artsax müharibəsi zamanı doğulan nəsil indi Azərbaycanda aktiv həyat mərhələsinə qədəm qoyub. Onlar hələ məktəbəqədər yaşlarından erməni nifrət ideyaları ilə tərbiyə olunmuş insanlardır.

Ermənistana nifrət isə yaxşı silahdır, çünki o adam inanır ki, xeyirxah iş görür və vətənini düşmənlərdən azad edir. Uşaq bağçasında tədris metodikasından tutmuş dərsliklərə, elmi akademiyaya, siyasi xadimlərə, rəsmi çıxışlara qədər bütün sahələrdə 1000-lərlə nümunə var” – deyərək azərbaycanşünas  qeyd edir.

Bir neçə gün əvvəl Ermənistanın hüquq müdafiəçisi Kristine Qriqoryan Azərbaycanın cinayətlərini ümumiləşdirən hesabatdan danışarkən rəsmi səviyyədə səsləndirilən anti-erməni bəyanatlara da ayrıca yer ayrıldığını bildirib.

“Ayın 13-də hərbi hücum baş verən gün Azərbaycan parlamentinin hakim deputatlarından biri Ermənistan dövlətinin ləğvi və Ermənistana nifrətlə bağlı açıq çağırışlar edib. Bütün bunlar bizim hesabatımızda da yer alıb”- deyə  Kristine Qriqoryan qeyd edib.

Keçmiş ombudsman Arman Tatoyan da mütəmadi olaraq antierməni təbliğatına istinad edərək, Azərbaycan məktəb dərsliklərində ermənilərə nifrət və düşmənçiliyin təbliğ olunduğunu vurğulayıb.

Onlarda onların erməni xalqına qarşı üstünlüyü təbliğ olunur. Azərbaycanşünas Armine Adibekyan əmindir ki, Azərbaycan hakimiyyəti belə bir siyasətlə ermənilərə qarşı təcavüzü qanuniləşdirməyə çalışır.

Onların məhşur yazıçıları bizə “əclaf varlıqlar”, onların məhvi ilahi bir işdir  deyərkən , onda hansı sülhdən danışmaq olar? Bu günki gündə  Türkiyənin rəsmi platformaları Ermənistanın var olmadığı yerlərdə xəritələr çap edir və ya göstərirlər”.

Azərbaycanşünas Taron Hovhannisyan hesab edir ki, bu gün baş verənlər sübut edir ki, Azərbaycan sülh gündəmi altında sadəcə olaraq cinayət siyasətini davam etdirməkddir.

“İstənilən sənəd imzalana bilər, lakin bu o demək deyil ki, həmin sənədin mahiyyəti işləyə bilər. İstənilən sülh sazişi bu şərtlər altında işləməyəcək bu siyasət dəyişməyənə qədər uzun müddət işləməyəcək, belə bir perspektivsə biz görmürük” – deyəTaron Hovhannisyan vurğulayıb.

Hovannisyan hesab edir ki, Ermənistanın Azərbaycan daxilində erməni obrazının anlayışı üzəinə təsir etmək və ya onlara dair təsəvvürləri dəyişdirmək üçün çox az alət var.

O, iddia edir ki, Ermənistanın missiyası Azərbaycanın anti-erməni siyasətinin sübutlarını lazımi və vaxtında beynəlxalq ifaçılara təqdim etmək olmalıdır.

“Əgər bu məktəb dərsliklərində özünə yer taparsa, Azərbaycan məktəblərində, məsələn, Sumqayıtın məktəbinin qarşısında, şagirdlərə öyrədilirdi ki, Azərbaycan xalqına sadiq olmaq, ermənilərə nifrət etmək lazımdır.

Bunun heç bir təsiri ola bilməz.Çünki bu, məhz münaqişənin tərkib hissələrindən biridir.Və Azərbaycan belə bir cəmiyyət tərbiyə edərsə, erməni əhalisi hansı statusda olursa olsun

fərqi yoxdur”- deyə azərbaycanşünas Taron Hvannisyan qeyd edib.

Azərbaycanın anti-erməni siyasətinin ortadan qalxa biləcəyinə heç bir işıltı yoxdur. Taron Hovannisyan deyir ki,   üstəlik, faktlar Ermənistana qarşı nifrətin davam etdiyi və artmasından xəbər verir.

Azərbaycanşünaslar  əmindirlər ki, onlar bu ölkədə siyasətlərinə yenidən baxmayana qədər sülhdən danışmaq əbəsdir.

Daha çox göstər
Back to top button