BaşlıcaBeynəlxalq

Fransanın Xİ naziri Kolonna: “Ermənistan Fransanın dəstəyinə arxalana bilər”

Fransa ərazi bütövlüyünün pozulması şəraitində Ermənistanla tam həmrəylik nümayiş etdirir, Fransanın Xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyada çıxışı zamanı deyib.

O, çıxışında qeyd edib ki, 13 sentyabr hücumundan sonra Fransa Azərbaycan silahlı qüvvələrinin öz ilkin mövqelərinə qayıtmasını tələb edərək vəziyyəti sabitləşdirmək üçün səy göstərib  və  iki ölkə arasında aparılan danışıqları dəstəkləyib.

 Avropa Birliyinin iki aylıq mülki missiyasının ayın sonuna qədər Ermənistan sərhədi boyunca yerləşdirilməsi barədə razılıq əldə olunub.

“Bu missiyanın məqsədi vəziyyəti sabitləşdirmək və tərəflər arasında prosesə başlamaqdır. Xüsusilə, ümid edirik ki, missiya qarşıdan gələn sərhədlərin demarkasiyası prosesinə töhfə verə biləcəkdir”.

“Eyni zamanda, toqquşmalardan sonra vəziyyət və ehtiyaclar, xüsusilə humanitar ehtiyaclar haqqında obyektiv anlayışın formalaşdırılması üçün ATƏT-in faktaraşdırıcı missiyasının yaradılması üzərində işləyirik”-deyərək  o, qeyd edib.

“Ermənistan Fransanın dəstəyinə arxalana bilər” – deyə Fransanın Xarici işlər naziri əmin edib.

Daha çox göstər
Back to top button