BaşlıcaSiyasət

İranın keçmiş Xİ naziri: “Tehran Bakı ilə Yerevan arasında vasitəçilik etməyə hazırdır”

İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri, İranın keçmiş Xarici işlər naziri Əli Əkbər Vilayəti RİA Novosti-yə bildirib ki, Tehran Yerevan və Bakı arasında münasibətlərdə vasitəçilik etməyə hazırdır.

İranın qonşu Ermənistan və Azərbaycan arasında münasibətlərdə vasitəçilik etməyə hazır olub-olmaması sualına cavab verən Vilayəti “Bəli, əlbəttə” – deyəək cavab verib.

O, qeyd edib ki, Zakafkaziya İrana bitişik bölgələr arasında xüsusi əhəmiyyət kəsb edir. “Bu baxımdan biz qonşularımıza (Ermənistan və Azərbaycana) daha çox həssaslıq və diqqət göstəririk” – deyə Vilayəti vurğulayıb.

Onun sözlərinə görə, ölkələr arasında sülhün bərqərar olması üçün ən mühüm amillərdən biri məşhur tarixi sərhədlərin qorunub saxlanmasıdır.

Sentyabrın 13-dən Azərbaycan silahlı qüvvələrinin bölmələri Qoris, Sotk və Cermuk istiqamətini artilleriya və iriçaplı atıcı silahlardan intensiv atəşə tutub. Düşmən PUA-dan  da istifadə edib.

Sentyabrın 14-də saat 20:00-dan etibarən Azərbaycan tərəfinin mütəmadi olaraq pozduğu Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimi yaradılıb.

Daha çox göstər
Back to top button